Təbriz Hamlet oğlu Əsgərov 1993-cü ilin 12 yanvar günündə Şəmkir şəhərində anadan olub. Çavuş Təbriz Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi
Emin Bağırov
Emin Bağırov 1996-cı ildə Bakı şəhərində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Emin Bağırov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Şahin Cavadzadə
Şahin Yaşar oğlu Cavadzadə — Şahin Cavadzadə 1994-ci ildə Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Rəşid Mehdiyev
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Rəşid Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Tural Dadaşov
Tural Dadaşov – 24 avqust 1993-cü ildə Bakıda anadan olub. 2011-ci ildə 472 balla Azərbaycan Dövlət İqtisad Universitetine qəbul olub. 2015-ci ildə hərbi xidmətə yollanıb, 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına 2 ay qalmış, Tərtər rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Çingiz Qurbanov
Çingiz Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə qəhrəmancasına həlak olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının […]
Əkbərov Rövşən
Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant. Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli […]
Çingiz Mustafayev
Çingiz Mustafayev – Azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı […]
Alı Mustafayev
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində […]
Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.