APREL DÖYÜŞLƏRİ SON ƏLAVƏLƏR

Baxışov Seymur Qulamhüseyn oğlu

Baxışov Seymur Qulamhüseyn oğlu 1987-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub. Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da cənazəsi təmas xəttindən götürülən şəhidimiz aprelin 20-də doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir