MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Allahverdi Bağırov


Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, “Vətən oğulları” batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Xocalı faciəsində 1003 nəfəri əsirlikdən xilas edən Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyununda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşləri olmuşdur. Allahverdi Bağırov bu döyüşdən Ağdama qayıdarkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir