MANŞET MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Mübariz İbrahimov


1988 ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2009-cu ilin avqust ayında öz arzusu ilə yenidən hərbi xidmətə yollanıb. Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. 2010 cu ilin aprel ayindan Tər-Tər rayonundakı N saylı hərbi hissəsində xidmətinə başlayır. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Xocalıda törətdikləri soyqırım Mübarizin qəlbini göynədir və düşmənə qarşı nifrətini artırır. Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan çox əsgər və zabitini məhv etmişdir. Bakı şəhərindəki 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir