MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Tofiq Hüseynov

19 aprel 1954 -cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə məktəbi bitirmişdir. Sonra Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidməti Qazaxıstan Respublikasının Alma – Ata şəhərində başa vurmuşdu. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi işləmiş, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi, taborun komandiri təyin edilmişdir. Tofiq rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Xocalının müdafiəsinə qalxan rəşadətli oğullarımızın sırasında Tofiq də vardı. 26 fevral 1992-ci ildə gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək, həlak olmuşdur.

Ailəli idi üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir