APREL DÖYÜŞLƏRİ MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Çingiz Qurbanov

Çingiz Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə qəhrəmancasına həlak olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir