Naiq Yusifov — Azərbaycanın Milli Qəhrəmanı
5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. 24 mart 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.