AZƏRBAYCAN MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Qocayev Etibar

        Qocayev Etibar Xasay oğlu 1964-cü il fevralın 20-də Bakıda doğulmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmaüllü məktəbi bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və yaxşı qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci il fevral ayının 26-da ermənilər Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı   faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. Üç ay vuruşduqdan sonra Etibar fərqləndiyinə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.

1992-ci il iyunun 31-i  Ağdabanda ağir döyüşlər gedirdi. Burada yüksəkliyə qalxıb hücuma keçən tankları vurmaq lazım idi. Etibar Qocayev heç bir əsgərə qıymayıb, əmr vermədən özü tək başına bu əməliyyatı həyata keçirib. Yüksəkliyə qalxıb irəliləməkdə olan düşmənin iki tankını vurub, üçüncünü vurmaq istəyəndə onun özünü snayperlə vurublar.    Snayperlə vurulmuş Etibar Qocayev həmin gün şəhid oldu. Nərimanov rayonunda yaşayıb. Adının əbədiləşməsi üçün Nərimanov rayonunda küçə adı verilmişdir.

Etibar ailəli idi. Bir oğlu var. Qəbri Şəhidlər xiyabanındadır. Vətən, xalq Etibar kimi etibarlı, layiqli övladlarını heç vaxt unutmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir