APREL DÖYÜŞLƏRİ

AĞAYEV RUSİF İBRAHİM OĞLU

Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə yola düşdü. Və Azərbaycanın Hərbi Dəniz Donanmasında xidmət etməyə başladı. 6 ay hərbi xidmət keçəndən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Bir gün Müdafiə naziri Səfər Əbiyev onların qulluq etdiyi hərbi hissəyə gəldiyi zaman Rusif Ağayev hərbi təzim edərək, nazirə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək arzusunda olduğunu bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaq imtahanlarından uğurla keçən 12 hərbçi arasında Rusif Ağayev də oldu. Azərbaycan Silahlı Qüvvələrinin giziri 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. Lənkəranda küçələrdən birinə Rusif Ağayevin adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir