QAN YADDAŞI

İlqar Anzor oğlu Mirzəyev

İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olmuş, 1990-cı ildə bitirmişdir. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. O, 1995-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirmişdir. Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, “Vətənə Xidmətə görə” II və III dərəcəli medalı ilə təltif olunmuşdur. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuş və Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlmişdir. 2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci il, Tovuz istiqamətində olan döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. İlqar Mirzəyev ailəli idi; 1 oğlu və 1 qızı yadigar qaldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir