APREL DÖYÜŞLƏRİ

SƏMƏDOV ELŞƏN SƏLİM OĞLU

Elşən Səmədov 1997-ci ilin 20 iyul tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2015-ci il iyulun 16-sı hərbi xidmətə yollanmışdır. Əsgər Elşən Səmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir