APREL DÖYÜŞLƏRİ

ŞİRƏLİYEV KAMRAN FAİQ OĞLU

Kamran Şirəliyev 1994-cü ilin 28 fevral tarixində Bakı şəhərinin Suraxanı rayonunda anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Kamran Şirəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir