APREL DÖYÜŞLƏRİ

ŞİRİNOV SAHİL HƏSRƏT OĞLU

Sahil Şirinov 1992-ci ilin 24 iyun tarixində Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2014-cü ildə məktəbi motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. Ali hərbi məktəbdə təhsilini bitirdikdən sonra, Sahil Şirinov leytnant hərbi rütbəsilə Göygöl rayon ərazisində ön xəttə olan hərbi hissələrdən birində xidmətini davam etdirir. Burada bir müddət xidmət edən Sahil Şirinov sonra öz ərizəsi ilə Xüsusi Təyinatlı Qüvvələrə göndərilir. Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir