APREL DÖYÜŞLƏRİ

SÜLEYMANOV VÜQAR NATİQ OĞLU

Vüqar Süleymanov 1993-cü ilin 20 yanvar tarixində Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Xətai rayonundakı 95 saylı orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinə daxil olmuşdu. Ali təhsilini bitirən kimi çağırışına hələ zaman qalsa da Şəki Hərbi Komissarlığına ərizə yazaraq könüllü əsgərliyə getmək istədiyini bildirdi və iyulun 27-si 2015-ci ildə hərbi xidmətə yola düşdü. 3 ay Lənkəranda xidmət etdi. Sonra Füzuliyə göndərildi. Əsgər Vüqar Süleymanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Vüqar Süleymanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir