APREL DÖYÜŞLƏRİ

VƏLİZADƏ URFAN ÜZEYİR OĞLU

Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. 2001-ci ildə Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib. Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə ilə vida mərasimi olub. Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Zəhra və Betül adında iki qız övladı yadigar qalıb.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir