APREL DÖYÜŞLƏRİ

VAHABZADƏ MİKAYIL YAQUB OĞLU

Mikayıl Vahabzadə 1993-cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Mikayıl 2011-ci ildə Yeniyol kənd məktəbini bitirmiş və elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul olmuşdu. 2015-ci ildə Universiteti fərqlənmə Diplomu ilə itirdikdən sonra isə o 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüşdür. Tərtər istiqamətində “N” saylı hərbi hissədəki xidmət zamanı da çox bacarıqlı olan Mikayıl komandirlərindən təşəkkür məktubu da almışdı. Əsgər Mikayıl Vahabzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir