APREL DÖYÜŞLƏRİ

XEYİRBƏYOV ƏMİRASLAN XƏLİL OĞLU

Əmiraslan Xeyirbəyov 1996-cı il dekabrın 10-da Qusar rayonunun Çağar Qışlaq kəndində anadan olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi məktəbə sənəd versə də, sinəsində deformasiya olduğundan, hərbçi olma istəyini həyata keçirə bilməmiş, lakin sonra sənədlərini qaydaya salıb 2015-ci ilin yanvar ayında könüllü hərbi xidmətə yollanıb. Arzusu həqiqi hərbi xidməti başa vurduqdan sonra Ordu sıralarında qalıb hərbin sirlərinə daha ciddi yiyələnmək olsa da əsgər Əmiraslan Xeyirbəyov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Əmiraslan Xeyirbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi. Qusarda Çağar Qışlaq kəndində Əmiraslan Xeyirbəyovun xatirəsinin əbədiləşdirilməsi məqsədiylə Şəhid Bulağı tikilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir