VƏTƏN MÜHARİBƏSİ

Fuad Valeryeviç Məmmədov

1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Xətai rayonu 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə “Helikopter pilotu” ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. “Səma” ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda “Jara” filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub. 21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir