APREL DÖYÜŞLƏRİ SON ƏLAVƏLƏR

Bəxtiyar Hüseynov

1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Kiçik gizir Bəxtiyar Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Bəxtiyar Hüseynov doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində son mənzilə yola salındı. Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin […]

APREL DÖYÜŞLƏRİ SON ƏLAVƏLƏR

Baxışov Seymur Qulamhüseyn oğlu

Baxışov Seymur Qulamhüseyn oğlu 1987-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub. Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 19-da cənazəsi təmas xəttindən götürülən şəhidimiz aprelin 20-də doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan […]

APREL DÖYÜŞLƏRİ SON ƏLAVƏLƏR

Axundov Sənan Tahir oğlu

Axundov Sənan Tahir oğlu Füzuli şəhərində anadan olmuşdur. Aprelin 18-i S.Axundov Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində Lələtəpə yüksəkliyində vəzifə səlayihətlərini yerinə yetirərkən, tabeliyində olan zabitin, polkovnik-leytenantın minaya düşməsinin şahidi olmuş və onu xilas edərkən şəhid olmuşdur.

APREL DÖYÜŞLƏRİ MANŞET SON ƏLAVƏLƏR

Aprel döyüşləri – böyük zəfərin başlanğıcı

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi […]

ARAŞDIRMA AZƏRBAYCAN MANŞET QAN YADDAŞI SON ƏLAVƏLƏR

Azərbaycanlıların tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən kütləvi deportasiyaları

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu […]

MANŞET QAN YADDAŞI SON ƏLAVƏLƏR SOYQIRIM

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının […]

MANŞET QAN YADDAŞI SON ƏLAVƏLƏR SOYQIRIM

Xocalı soyqırımı

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin […]

MANŞET QAN YADDAŞI SON ƏLAVƏLƏR

Qan yaddaşı

20 Yanvar – Ümumxalq Hüzn Günü  1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa […]

AZƏRBAYCAN MANŞET

Azərbaycan: Ən qədim zamanlardan XX əsrin əvvəllərinədək

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü […]