APREL DÖYÜŞLƏRİ

SƏFƏROV ELİMDAR SƏLİMXAN OĞLU

Elimdar Səfərov 1992-ci ilin 26 iyul tarixində Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. O, Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbini 2009-cu ildə bitirir və 2010-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedir. Sonradan o Xüsusi Təyinatlı Qüvvələr kursu keçmək üçün N […]

APREL DÖYÜŞLƏRİ

SAVALANOV NƏCMƏDDİN AKİF OĞLU

Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral tarixində İmişli rayonunun Göbəktala kəndində anadan olub. Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub və oranı “Taktiki mühəndis qoşunları komandiri” ixtisası üzrə bitirib, leytenant rütbəsi alaraq N saylı […]

APREL DÖYÜŞLƏRİ

ORUCOV RAQUF İBRAHİM OĞLU

Raquf Orucov 1972-ci il Ağdam rayonunun Cinli kəndində anadan olmuşdur. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, 1996-cı ildə təhsilini başa vuraraq təyinatını düşmənlə üzüzə dayanan Murovdağa aldı və kəşfiyyat bölüyünün komandiri kimi […]

APREL DÖYÜŞLƏRİ

ORUCOV MÜŞFİQ ARİF OĞLU

Müşviq Orucov 1994-cü ildə Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Müşfiq Orucov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa […]

APREL DÖYÜŞLƏRİ

ORUCOV MÜHÜD QURBAN OĞLU

Mühüd Orucov 1984-cü ilin 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8 sinifi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib. Türkiyədə bir neçə […]

APREL DÖYÜŞLƏRİ

ORUCӘLİYEV QABİL ӘBDÜLӘLİ OĞLU

Orucәliyev Qabil Әbdülәli oğlu 15 sentyabr 1991-ci il tarixdә Naxçıvan şәhәrindә anadan olub. O, 2006- cı ildә Naxçıvanda yerlәşәn Heydәr Әliyev adına hәrbi liseyә daxil olur. Burada artıq Qabil hәrbinin ilk qaydaları ilә tanış olmuşdu vә peşәkar hәrbçi olmaqda daha da israrlı idi. 2009-cu ildә liseyi bitirәn Qabil, elә hәmin il H.Әliyev adına AR Ali […]

APREL DÖYÜŞLƏRİ

NURAYEV RӘVAN İSMAYIL OĞLU

Rәvan Nurayev 1997-ci ilin 3 aprel tarixindә Zaqatala rayonunun Muxax kәndindә anadan olub. 2015-ci ilin aprel ayında hәrbi xidmәtә yollanmışdır. Әsgәr Rәvan Nurayev 2016-cı ilin aprel ayında Azәrbaycan-Ermәnistan tәmas xәttindә baş verәn atışma zamanı qәhrәmancasına şәhid oldu. Aprelin 3-ü isә Rәvan Nurayev elә doğum günündәcә doğulduğu Zaqatala rayonunun Muxax kәndindә son mәnzilә yola salındı. Rәvan […]

APREL DÖYÜŞLƏRİ

NOVRUZOV RAVİL ELMAN OĞLU

Ravil Novruzov 1986-cı ilin 5 sentyabr tarixindә Xızı rayonunun Gilәzi kәndindә anadan olub. 2004-cü ildә orta mәktәbi bitirdikdәn sonra hәrbi xidmәtә yollanan Ravil geri qayıtdıqdan sonra yenidәn Vәtәnә xidmәt etmәk üçün Xızı rayon Hәrbi Komissarlığına müraciәt edir vә Müdafiә Nazirliyinin “N” saylı hәrbi hissәsindә xidmәtә başlayır. Gizir Ravil Novruzov 2016-cı ilin aprel ayında AzәrbaycanErmәnistan tәmas […]

APREL DÖYÜŞLƏRİ

NOVRUZOV MİRZӘ SӘRVӘR OĞLU

 Mirzә Novruzov 1984-cü ildә Bakı şәhәrindә anadan olub. 286 sayli orta mәktәbin 9-cu sinfini bitirәn kimi Naxçıvanski adına hәrbi liseyә daxil oldu. Daha sonra, 2002-ci ildә tәhsilini uğurla Heydәr Әliyev adına Azәrbaycan Ali Hәrbi Mәktәbindә davam etdirdi, 2006-cı ildә isә oranı başa vurdu. Top artilleriyaçısı oldu. 2007-ci ildәn etibarәn Naftalandakı N saylı hәrbi hissәdә artilleriyaçı […]

APREL DÖYÜŞLƏRİ

NOVRUZOV FӘRAHİM NADİR OĞLU

Fәrahim Novruzov 1996-cı ildә Bilәsuvar rayonunun Sәmәdabad kәndindә anadan olub. Әsgәr Fәrahim Novruzov 2016-cı ilin aprel ayında Azәrbaycan-Ermәnistan tәmas xәttindә baş verәn atışma zamanı qәhrәmancasına şәhid oldu. Fәrahim Novruzov ölümündәn sonra göstәrdiyi qәhrәmanlığa görә Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin sәrәncamı ilә “Hәrbi xidmәtdә fәrqlәnmәyә görә” III dәrәcәli medalı ilә tәltif edildi.