APREL DÖYÜŞLƏRİ MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Çingiz Qurbanov

Çingiz Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə qəhrəmancasına həlak olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının […]

MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Əkbərov Rövşən

Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant. Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli […]

MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Çingiz Mustafayev

Çingiz Mustafayev – Azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı […]

MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Alı Mustafayev

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində […]

MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Fəxrəddin Nəcəfov

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.

MİLLİ QƏHRƏMANLARIMIZ Seçilənlər SON ƏLAVƏLƏR

Salatın Əsgərova

Salatın Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın ilk qəhrəman qadın jurnalistidir.

MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Cavanşir Rəhimov

Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. 6 avqust 1992-ci ildə Qasapet yüksəklikləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Hikmət Nəzərli

Hikmət Nəzərli — Azərbaycanın Milli Qəhrəmanı 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1992-ci il 25 fevral Xocalıda uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Azərbyacan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Əlabbas İsgəndərov

Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı 20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

MİLLİ QƏHRƏMANLARIMIZ SON ƏLAVƏLƏR

Seymur Məmmədov

Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə Seymur 20 yaşında qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı […]