QAN YADDAŞI

Vüqar Lətif oğlu Sadıqov

Vüqar Sadıqov 1987-ci ildə Ağstafa rayonunun Göycəli qəsəbəsində anadan olub. O, ailəli idi, 2 qız və 1 oğul atası idi. Vüqar Sadıqov Azərbaycan Silahlı Qüvvələrinun çavuşu idi. O, 2020-ci il iyulun 12-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib. İyulun 13-də Vüqar Sadıqov, doğulduğu Ağstafa rayonunun Göycəli qəsəbəsində dəfn olundu.

QAN YADDAŞI

Elşad Dönməz oğlu Məmmədov

Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam qəsəbəsində anadan olub. O, ailəli idi və 6 aylıq oğul atası idi. Elşad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri idi. O, 2020-ci il iyulun 12-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib. İyulun 13-də Elşad Məmmədov, doğulduğu Tovuz rayonunun Ağdam qəsəbəsində dəfn olundu.

QAN YADDAŞI

Xəyyam Məhəmməd oğlu Daşdəmirov

Xəyyam Daşdəmirov 2002-ci fevralın 22-də ildə İsmayıllı rayonunun Balik qəsəbəsində anadan olub. O, 2020-ci il iyulun 12-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib. İyulun 13-də Xəyyam Daşdəmirov, doğulduğu İsmayıllı rayonunun Balik qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləridə qatıldı.

APREL DÖYÜŞLƏRİ

ZƏKARAYEV NAZİM NADİR OĞLU

Nazim Zəkarayev 1997-ci ilin 31 avqust tarixində Şamaxı şəhərində anadan olub. 2015-ci il oktyabr ayının 6-da hərbi xidmətə yollanmışdı. Əsgər Nazim Zəkarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Nazim Zəkarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III […]

APREL DÖYÜŞLƏRİ

YUSİFOV VÜQAR NÜRƏDDİN OĞLU

Vüqar Yusifov 1976-cı il 2 noyabrda Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1993-cü ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmiş, 1997-ci ildə leytenant rütbəsi almış, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridir […]

APREL DÖYÜŞLƏRİ

XEYİRBƏYOV ƏMİRASLAN XƏLİL OĞLU

Əmiraslan Xeyirbəyov 1996-cı il dekabrın 10-da Qusar rayonunun Çağar Qışlaq kəndində anadan olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi məktəbə sənəd versə də, sinəsində deformasiya olduğundan, hərbçi olma istəyini həyata keçirə bilməmiş, lakin sonra sənədlərini qaydaya salıb 2015-ci ilin yanvar ayında könüllü hərbi xidmətə yollanıb. Arzusu həqiqi hərbi xidməti başa vurduqdan sonra Ordu sıralarında […]

APREL DÖYÜŞLƏRİ

VƏLİZADƏ URFAN ÜZEYİR OĞLU

Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. 2001-ci ildə Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib. Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Mayor Urfan […]

APREL DÖYÜŞLƏRİ

VAHABZADƏ MİKAYIL YAQUB OĞLU

Mikayıl Vahabzadə 1993-cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Mikayıl 2011-ci ildə Yeniyol kənd məktəbini bitirmiş və elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul olmuşdu. 2015-ci ildə Universiteti fərqlənmə Diplomu ilə itirdikdən sonra isə o 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüşdür. Tərtər istiqamətində “N” […]

APREL DÖYÜŞLƏRİ

TEYMUROV PƏNCƏLİ NURMƏMMƏD OĞLU

Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini […]

APREL DÖYÜŞLƏRİ

ŞİRİNOV SAHİL HƏSRƏT OĞLU

Sahil Şirinov 1992-ci ilin 24 iyun tarixində Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2014-cü ildə məktəbi motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. Ali hərbi məktəbdə təhsilini bitirdikdən sonra, Sahil Şirinov leytnant hərbi rütbəsilə Göygöl rayon ərazisində ön xəttə olan […]