Təşkilat haqqında

Azərbaycan Respublikası «Uşaq və Tələbə Gənclər Dünyası» İctimai Birliyi 25 iyun 2002-ci ildə təsis olunub və 5 noyabrda 2002-ci ildə dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikası «Uşaq və Tələbə Gənclər Dünyası » İctimai Birliyi evlərdə olan şəhid, qaçqın, məcburi köçkün, əlil, valıdeynsiz (bir ya, hər ikisini itirmiş), internat, imkansız ailələrdən olan uşaq və gənclərin, tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyətimiz  istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, gənclər arasında müxtəlif yarışlar keçirib qalibləri mükafatlandırır. Cəmiyyətimiz 2002-ci ildən indiyədək  hər il təqvimdə önəmli olan günlərdə: H.Əliyevin doğum günü, 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü , Yeni il, 8 Mart, Novruz bayramı münasibətilə tədbir keçirtmiş, uşaqlar üçün süfrə açmış və hər cür hədiyyələr bağışlamışdır. Təşkilatın 8 rayon şöbəsi fəaliyyət göstərir. Bu illər ərzində 200-dən çox tədbirlər, layihələr həyata keçirtmişdir.

1. 2011 – Sosial təcrid olunmuş uşaqların riskli davranışlardan uzaqlaşdırılması üçün ma­ariflən­dirilmənin aparılması; 

2. 2011 – ”Təmiz şəhər, təmiz məhəllə”; 

3. 2013 – “Sağlam qal” reklam çarxının çəkilişi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə;

4. 2013 – ”Qala kəndində uşaqların arxeoloji yay istirahət düşərgəsinin təşkili və mədəni irsimizin öyrənilməsi, gənclərin maddi,  mənəvi sərvətlərimizə sevginin aşılanması”,  Azərbaycan Respublikası Gənclər və İdman  Na­zir­liyinin maliyyə dəstəyi ilə;

5. 2013 – Narkomaniya əleyhinə uşaq və gənclər paradı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə; 

6. 2014 – Uşaq və gənclər üçün musiqi festivalı;

7. 2015 – Gənc istedad axtarışında  musiqi festivalı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə;

8. 2015 – “Bakı-2015” Avropa Oyunları həsr olunmuş idman yarışları, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə;

9. 2016 Multikulturializmin Azərbaycan modeli dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə kimi”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə;

10. 2017 – “Sağlam həyat tərzi. Xromosomlarda Gen mutasiyasıları və aradan qaldırılma yolları”,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə.